!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

!Reklam – Yazi

Goranboyda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Yenicag.az xəbər verir ki, hadisə Qarasüleymanlı kəndində baş verib.

Belə ki, ata, ana və övladı – 1994-cü il təvəllüdlü Nurcan Çapay qızı Yəhyayeva, 1989-cü il təvəllüdlü Misir Bəhruz oğlu Yəhyayev və 2014-cü il təvəllüdlü Elcan Misir oğlu Yəhyayev kənddə yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, təxminən eyni saatlarda rayonun daha bir kəndində oxşar hadisə baş verib. 1990-cü il təvəllüdlü, Qarbucaq kənd sakini Lamiyə Şamil qızı İbrahimova da dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

www.yenicag.az

393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv