“Bir ay sonra bölünüb ön xəttə gedəcəyik”

media-hightechnic-468x90

59587Tərtər rayonunda “N” saylı hərbi hissənin yaradılmasının 23 illiyi burada xidmət edən gənc əsgərlərlə qeyd olunub.

Yenicag.az anspress-ə istinadən bildirir ki, şəxsi heyətin əhval-ruhiyyəsiylə marqalanan nümayəndə heyəti xidmətdə fərqlənən hərbçilərə hədiyyələr təqdim edib. Tədbirin ikinci hissəsi gənc əsgərlərin təlim taborunda davam etdirilib. Gənc əsgərlər tezlikə səngərə yollanıb, orada xidmətlərini davam edəcəkləriylə qürür hissi keçirdiklərini deyir.

“Bakıdan olsam da, mənim üçün burada qulluq etmək çox fəxrdir. İnşallah indi arxadayıq Qarabağa, cəbhəyə də gedəcəyik”, – deyə gənc əsgər Elşən Qafarov bildirib.

Hərbiçilər hər günə döyüş əhval-ruhiyyəsiylə başlayırlar.

Gənc əsgər Ağarıza Lətifov hər səhər açılanda elə bilirik ki, müharibə olacaq. Biz buna hazırıq hər dəqiqə, hər saniyə hazırıq deyir.

Gənc əsgər Təbriz Yusifzadə deyir ki, bir ay sonra bölünüb ön xəttə gedəcəklər: “Bu şəxsən mənim üçün şərəfdir”.

Tədbir ön xəttə yollanacaq gənc əsgərlər üçün konsert proqramı ilə yekunlaşdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600