Bir sıra qanun və məcəllələrə dəyişiklik edilib
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bir sıra məcəllələrə dəyişiklik edilib. Yenicag.az apa-ya istinadən bildirir ki, bunlar Su, Torpaq, İnzibati Xətalar və Cinayət məcəllələridir.
Sənədlərə edilən dəyişikliklər səsə qoyularaq qəbul olunub.
İclasında, həmçinin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, ”Ovçuluq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Dərman vasitələri haqqında” və “Siyasi partiyalar haqqında” qanunlara edilən dəyişiklik layihələri də müzakirə olunaraq qəbul edilib.