!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bir vaxtlar Zelenski kimi Saakaşvilini də Konqresdə gurultu ilə alqışlayırdılar” – RƏY

!Reklam – Yazi

“ABŞ Saakaşvilinin heç olmasa, ev dustaqlığına buraxılması üçün daha ciddi addımlar ata bilərdi”.

Bu fikirləri hazırda həbsdə olan Gürcüstanın sabiq prezidenti, ABŞ-nin “adam”ı kimi tanınan Mixeil Saakaşviliyə Vaşinqtondan yetərli dəstək verilməməsinin doğurduğu təpkilərə münasibət bildirən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-nin öz tərəfdaşlarına yetərincə dəstək vermədiyi üçün tənqid olunması normaldır:

“Əsas cavaba keçməzdən əvvəl qeyd etmək lazımdır ki, Gürcüstanın eks-prezidenti Saakaşvilinin son durumu, onun qeyri-insani şəraitdə saxlanması və buna uyğun münasibətlə üzləşməsi təəssüf doğurur. Bu aqibət Saakaşvilinin öz səhvinin nəticəsidir. O, Ukraynada tutduğu vəzifədən istefa verdikdən sonra həbs ediləcəyini bilə-bilə Gürcüstana dönməməliydi. Ancaq bu barədə danışmağın artıq əhəmiyyəti yoxdur.

Həqiqətən də, birmənalı olaraq Qərbyönümlü siyasətçi, konkret desək, ABŞ-nin adamı kimi tanınan Saakaşviliyə Vaşinqtondan yetərli dəstək verilməməsinə yönəlik tənqidləri əsaslı saymaq olar. Fikrimcə, ABŞ Saakaşvilinin vəziyyətinin yüngülləşdirilməsi, onun heç olmasa, ev dustaqlığına buraxılması üçün daha ciddi addımlar ata bilərdi.

Ukrayna Prezidenti Zelenskinin Konqresdə gurultulu alqışlarla qarşılandığını görəndə Saakaşvilini xatırladım. Çünki bir vaxtlar Zelenski kimi Saakaşvilini də Konqresdə gurultu ilə alqışlayırdılar. İndi isə Saalaşvili həbsdədir. Sabah Zelenskinin də ABŞ tərəfindən eyni münasibətlə üzləşməyəcəyinə təminat yoxdur. Bu gün maraqlar tələb etdiyi üçün ABŞ-nin Zelenskiyə, Zelenskinin isə ABŞ-yə ehtiyacı var. Sabah nə olacağını isə heç kim bilmir”.

A.Zeynalov

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv