Bitməyən tıxac problemində metronun ROLU: "Bu illərdə cəmi 26 stansiya istifadəyə verilib" - İqtisadçıdan ETİRAZ

media-hightechnic-468x90

“Günümüzün 1-2 saatını tıxaclarda keçiririk. Tıxacların aradan qaldırılması üçün hər dəfə müxtəlif təkliflər verilir. Onlardan biri də Bakı metropoliteninin stansiyalarının sayının artırılmasıdır”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu metropolitenin fəaliyyətindən danışarkən iqtisadçı Samir Əliyev bildirib.

O qeyd edib ki, Bakı metro nəqliyyat vasitəsi qismində ilk dəfə 1967-ci ildə istifadəyə verilib və bu il 55 ili tamam olub:

“55 ildə cəmi-cümlətanı 26 metrostansiya istifadəyə verilib. Yəni 2 ildə cəmi 1 stansiya işə düşüb. Məlumat üçün qeyd edim ki, Bakıda metropolitenin tikintisinə 1949-cu ildə başlanıb və 1967-ci il noyabrın 6-da 5 stansiyadan ibarət – “Bakı Soveti”, “Sahil”, “28 Aprel”, “Gənclik” və “Nərimanov” istifadəyə verilib.

1989-cu ildə isə “Xalqlar Dostluğu” və “Əhmədli” stansiyaları açılmaqla ümumi stansiyaların sayı 18-ə çatdırılıb. Bu, məhz Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrdür. Bu o dövrdür ki, pulumuzun böyük hissəsi “İttifaq ehtiyacları” üçün  əlimizdən alınırdı və bizə cüzi hissəsi saxlanılırdı. Həmin cüzi pulla 43 ildə 18 metrostansiya tikilib. Yəni hər 5 ildə 2 stansiya. Nəzərə alaq ki, başlanğıc işlər üçün zaman daha çox tələb olunur. Üstəgəl bu işlər həmin dövrün texnikası ilə görülüb”.

Müstəqillik dövründə isə cəmi 8 stansiya istifadəyə verilib. Onun 2-si köməkçi (“Cəfər Cabbarlı” və “Memar Əcəmi”) stansiyalardır. Yəni hər 4 ildə 1 stansiya tikilib”.

Ekspert vurğulayıb ki, müstəqillik dövründə tikilən metropoliten xətlərinin uzunluğu 13 km-dir: “Hazırda xətlərin uzunluğu 38,8 km-dir. Bakı metropoliteni Dövlət Proqramı çərçivəsində yollarının ümumi uzunluğunu 119,1 km-ə, stansiyaların sayını isə 76-ya çatdırmağı planlaşdırır. Yəni 73 ilə tikdiyi 38,8 km-lik yolun uzunluğunu və 26 stansiyanın sayını 3 dəfə artırmalıdır. Bu işlərin hansı müddətə görülə biləcəyi isə müəmmalıdır.

Belə getsə, uzun illər tıxaclarda qalacağıq…”

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05