“Biz dünyaya yaxşılıq etdik” - TRAMP

media-hightechnic-468x90

İlk administrasiyam dövründə ABŞ ordusunu yenidən qurduq və həqiqətən güclü etdik.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Amerika Qalxanı” sammitində çıxışı zamanı deyib. O bildirib ki, yer üzündə belə bir hərbi qüvvə yoxdur və onunla İranda çox yaxşı işlər görülür.

“Üç gündə İranın Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik. Bu, Hərbi Dəniz Qüvvələrinin sonu deməkdir. Onların Hərbi Hava Qüvvələrini, rabitəsini və bütün telekommunikasiyalarını məhv etdik”, – deyə Tramp əlavə edib.

Tramp deyib ki, İran nüvə silahına yaxın idi və ABŞ məhv etməsəydi, onu istifadə edərdi.

“Biz dünyaya yaxşılıq etdik. Bu, edilməli olan bir şey idi və biz bunu yaxşı edirik”, – deyə o vurğulayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05