!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Biz rəsmi Tehranın Qarabağ mövzusunda Azərbaycanla bərabər olmasını arzu edirik" - Əli Ərbaş

!Reklam – Yazi

“Zəlzələ fəlakətinin ilk günü telefon vasitəsiylə bizimlə əlaqə saxlayaraq bizləri hər zaman diqqət mərkəzində saxlayan Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, bu gün də üzbəüz ziyarəti ilə bizə, Türkiyə dövlətinə və xalqımıza öz xeyir-dualarını çatdırdı”.

Bu fikirləri Türkiyənin Diyanət İşləri İdarəsinin başqanı Əli Ərbaş Yenicag.az-ın yerli bürosuna açıqlamasında bildirib.

Əli Ərbaş qeyd edib ki, zəlzələnin nəticələri nə qədər ağır olsa da, Türkiyə böyük bir dövlətdir və onunla Azərbaycan kimi qardaşlıq, dostluq əlaqələri olan dövlətlər var:

“Bütün dünya müsəlmanlarının həmrəyliyi, birgəliyi sayəsində biz bu çətinliklərin də öhdəsindən gələcəyik. Müsəlmanların hər zaman birlikdə olmaqları lazımdır. Necə, biz Qarabağda Azərbaycanla, Azərbaycan da yanğın, zəlzələ fəlakətlərində bizimlə oldusa, bütün İslam aləminin bir-biriylə tək ürək olmaları lazımdır”

Türkiyənin Diyanət İşləri İdarəsinin başqanı Əli Ərbaş, İranın Azərbaycana qarşı son zamanlar yürütdüyü siyasətin İslam dəyərləri baxımından doğru olmadığını vurğulayıb:

“Biz rəsmi Tehranın da Qarabağ mövzusunda Azərbaycanla bərabər olmasını arzu edirik. Belə olmadığı hallarda da biz kədərlənir və təəssüf hiss keçiririk. Beləliklə, biz hər zaman müsəlmanların hansısa problemlərinin həll olunması ilə bağlı bərabər hərəkət etməliyik. Lakin bizimlə bərabər yox, düşmənlə birgə hərəkət edənlərə bir daha təəssüf edirik”.

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv