“Bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir”

media-hightechnic-468x90

prezident_aspa“Korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində “ASAN xidmət” ön plandadır”.

Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı səsləndirib.

Ölkə başçısı deyib ki, artıq 7 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: “İki il ərzində 3 milyon 500 min müraciət olub. Orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Bu xidmət həm yenilik, həm rahatlıq gətirib, həm də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaradıb. Bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir. Bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün sahələrdə işlər ən yüksək səviyyədə təmin edilsin”.

Prezident İlham Əliyev həmçinin diqqətə çatdırıb ki, Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda uğurlu xarici siyasət aparır: “Keçən il beynəlxalq əlaqələrimiz güclənib. Bizim fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayı gündən-günə artmaqdadır.

Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülüb.
Azərbaycan dünyada çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır.

Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır”.
Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edir deyən ölkə başçısı bildirib ki, Azərbaycan öz mövqeyini müdafiə edir və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini verir: “Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Azərbaycan Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına çox böyük və dəyərli töhfələr verib.

Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında heç bir öhdəliyimiz ola bilməz”(azadinform.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600