ABŞ mövcud fikir ayrılığını aradan qaldırmaq üçün Azərbaycan və Ermənistan liderlərini bir araya gətirməyə çalışacaq.
ABŞ dövlət katibi Antoni Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə ayrı-ayrılıqda görüşməyi planlaşdırır – Dövlət Departamenti cümə günü biıdirib.
Həmin mənbə qeyd edib ki, liderlərlə görüşlər “sonrakı müzakirələr üçün perspektivlər aça bilər”.
Blinkenin Ermənistanın baş naziri ilə görüşü yerli vaxtla səhər saat 9-a, Əliyevlə isə saat 13:30-a planlaşdırılıb.
Blinken bu gün bir sıra digər ikitərəfli və çoxtərəfli görüşlərdə də iştirak edəcək.
www.yenicag.az