ABŞ dövlət katibi Entoni Blinken Praqada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Yenicag.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, tərəflər Cənubi Qafqazda sülhün qorunması imkanlarını da müzakirə ediblər.
“Dövlət katibi Blinken və xarici işlər naziri Fidan Qəzzada girovların azad edilməsini təmin edəcək atəşkəsə nail olmaq səylərini, həmçinin Qəzzaya humanitar yardımın artırılmasının və regional qeyri-sabitliyin qarşısının alınmasının vacibliyini müzakirə ediblər. Onlar həmçinin Qafqaz regionunda sülh və rifahın dəstəklənməsi imkanlarını müzakirə ediblər”, – deyə məlumatda bildirilir.
www.yenicag.az