Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

BMT bu silahların yaradılmasından ehtiyyat edir - FOTO

BMT yeni dəhşətli silah növünün – ultramanevrli hipersəsli uçan aparatların yayılacağından narahatdır. ABŞ, Çin və Rusiyanın fəal şəkildə hazırladıqları və sınaqdan keçirdikləri bu aparatların beynəlxalq sülhə və təhlükəsizliyə böyük təhdid olacağı bildirilir.

Yenicag.az xəbər verir ki, təşkilatın ekspertləri bu silah növü ilə bağlı hazırladıqları hesabatda raket tipli bu təhlükəli aparatların hazırlanmasını güclü dövlətlər arasında silahlanma yarışının yeni mərhələsi kimi qiymətləndirirlər. Onlar qeyd edirlər ki, ultramanevrli hipersəsli planlayan aparatların tətbiqi məsələsinə də aydınlıq gətirilməyib. “Raket başlıqlarının xarakterinin (onlar nüvə və adi başlıqlar ola bilər), habelə potensial hədəflərin gizli saxlanılması göstərir ki, ən yüksək sürətə malik olacaq bu aparatlar böyük təhlükə mənbəyi olacaq”, -deyə hesabatda vurğulanır. Müəlliflər onlardan nüvə zərbələri üçün istifadə olunacağı ehtimalının daha yüksək olduğunu da bildirirlər.

Digər tərəfdən, hesabatda yeni silah növünün beynəlxalq nəzarətdən kənarda olması da göstərilir. Qeyd olunur ki, hətta onların məhdud sayda yerləşdirilməsi, sınaqlarının keçirilməsi də atom silahları üzrə balansı ciddi şəkildə poza bilər. BMT ekspertləri diqqətə çatdırıblar ki, ABŞ-da bu cür aparatların hazırlanması üzrə bir neçə proqram həyata keçirilir.

Ultramanevrli hipersəsli uçan aparatlar üzərində işlər hələ 1980-cı illərdə Sovet İttifaqında aparılıb. Onun bugünkü variantı olan “Avanqard” raket kompleksi isə, Rusiya Prezidenti V. Putinin bildirdiyinə görə, 2019-cu ilin sonunda istismara buraxılacaq. Artıq Çində hipersürətli raketlərin doqquz sınağı keçirilib və onlardan altısı uğurlu olub. Fransa, Yaponiya və Hindistan da bu silah növünə böyük maraq göstərirlər.

Hesabata ön söz yazan BMT baş katibinin müavini İzumi Nakamitsu bildirib ki, bu silahların hazırlanması və sınaqları, habelə gələcəkdə istifadəsi təhlükəli nəticələr doğura bilər. Onun sözlərinə görə, hipersürətli silahların yayılması onsuz da nəzarətdən çıxmış silahlanma prosesini daha da qorxunc hala gətirəcək./AZƏRTAC/

www.yenicag.az

354
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM