Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

BMT-dən ərəb koalisiyasının Yəmənə aviazərbə vurmasına REAKSİYA

BMT-nin baş katibi Antonio Quterreş Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən Yəmənin Saada şəhərinə aviazərbə vurulmasını pisləyib.

Yenicag.az xəbər verir ki, bu barədə baş katibin mətbuat ofisinin yaydığı  məlumatda bildirilib.

Məlumatda Antonio Quterreşin həlak olanların ailəsinə başsağlığı verdiyi bildirilir. Vurğulanıb ki, BMT-nin baş katibi bir daha problemi siyasi yolla həll etməyə, Yəmən dialoqu daxilində danışıqlara çağırıb.

Xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin öz “Twitter” səhifəsində yaydığı məlumata görə, Saada şəhərinə aviazərbə nəticəsində ölənlərin sayı 50-yə çatıb, habelə 77 nəfər yaralanıb.

Ərəb koalisiyası öz bəyanatında zərbənin avqustun 9-na keçən gecə Səudiyyə Ərəbistanının Cizan şəhərinə raket atan husilərin buraxılış qurğusuna endirildiyini bildirib.

Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları, digər tərəfdə isə hökumət qüvvələri və prezident Mansur Hadiyə sadiq könüllülər iştirak edir.

www.yenicag.az

2633
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS