BMT Epşteynlə bağlı işin araşdırılmasından narazıdır

media-hightechnic-468x90

BMT ekspertləri amerikalı maliyyəçi Cefri Epşteynin işi ilə bağlı aidiyyəti ölkələrin və onların hüquq-mühafizə orqanlarının reaksiyasını tamamilə qeyri-adekvat hesab edirlər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə dünya təşkilatının yaydığı press-relizdə deyilir.

“Dövlətlərin və hüquq-mühafizə orqanlarının reaksiyasının tamamilə qeyri-adekvat olması – ehtimal edilən cinayətlərin təcililiyi və ağırlığına, habelə qurbanların və sağ qalanların çəkdiyi əziyyətlərə qeyri-mütənasib olması bizi dərindən narahat edir”, – deyə mətndə qeyd olunur.

BMT ekspertləri xatırladıblar ki, uşaq və qadın alveri “ağır cinayət və insan hüquqlarının kobud şəkildə pozulmasıdır”.

Onlar qeyd ediblər ki, beynəlxalq hüquqda təsbit olunmuş “cinsi istismar məqsədilə həyata keçirilən insan alverinin qarşısını almaq”, habelə qurbanları qorumaq öhdəliyi məhz dövlətin üzərinə düşür.

Ekspertlər aidiyyəti ölkələri “tam və şəffaf araşdırma aparmağa” çağırıblar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05