BMT-nin xüsusi mükafatı Mehriban Əliyevaya təqdim olundu

media-hightechnic-468x90

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Forumu çərçivəsində Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb.

Yenicag.az xəbər verir ki, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edib.

Forum Heydər Əliyev Mərkəzində BMT və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600