İsrail Livanda “Hizbullah”a qarşı əməliyyata başladı

media-hightechnic-468x90

İsrail ordusunun xüsusi təyinatlı dəstələri Livanın Nəbatiyyə şəhərinin ətrafında “Hizbullah” təşkilatının silahlı dəstələrinə qarşı əməliyyata başlayıb.

Yenicag.az “Al Hadath” telekanalına istinadən xəbər verir ki, paytaxt Beyrutdan 75 km məsafədə yerləşən şəhərin ətraf ərazilərinə hücum intensiv aviasiya zərbələri və artilleriya hazırlığından sonra başlayıb.

İsrail hərbçiləri partlayıcı maddələrin və təxribat qruplarının aşkarlanması üçün robotlardan istifadə edirlər.

İyunun 6-da “Hizbullah” məlumat yaymışdı ki, döyüşçülər Nəbatiyyədən səkkiz km məsafədə yerləşən və İsrailin nəzarətindəki orta əsrlərə aid Bofor qalasının yaxınlığındakı İsrailin komanda məntəqəsini və zirehli texnikalarını atəşə tutublar. İdarəolunan mərmi ilə bir ədəd “Merkava” tankı vurulub./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05