BMT TŞ Qəzza zolağına humanitar yardımla bağlı qətnamə qəbul etdi

media-hightechnic-468x90

BMT Təhlükəsizlik Şurası Qəzza zolağına tam, sürətli və maneəsiz humanitar yardımların göstərilməsi üçün təcili fasilə çağırışı edən qətnaməni qəbul edib.

Yenicag.az xəbər verir ki, TŞ-nin 13 üzvü qərarın lehinə səs verib. ABŞ və Rusiya səsvermədə iştirak etməyib.

İsrail rəsmisi CNN-ə açıqlamasında BMT TŞ-nin qətnaməsini “lazımsız” adlandırıb və ABŞ-a səylərinə görə təşəkkür edib.

“Onlar, həqiqətən də, çox çalışdılar və biz onların səylərini təqdir edirik”, – rəsmi deyib.

CNN-in məlumatına görə qətnamədə “tam, sürətli, təhlükəsiz və maneəsiz humanitar girişin mümkün edilməsinə kifayət edəcək günlər qədər Qəzza Zolağı boyunca təcili və genişləndirilmiş humanitar fasilələr və koridorlar” çağırışı edilib./Trend/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa