PKK/YPG-nin “Barış pınarı” əməliyyatları sırasında Türkiyə ordusunun kimyəvi silahlardan istifadə etməsi xəbəri yalandır.
Yenicag.az xəbər verir ki, bunu BMT İnsan Hüquqları komitəsinin sözcüsü Ravina Şamdasani bildirib.
Belə ki, sosial media platformalarında terrorçu qruplara yaxın qüvvələr saxta şəkillər paylaşaraq “kimyəvi silah, fosfor bombası” kimi başlıqlarla Türkiyənin qeyri-qanuni silahlardan istifadə etdiyi barədə yalan informasiyalar paylaşıblar. Bununla bağlı araşdırma aparan BMT və Dünya Sağlamlıq Təşkilatı (DST) məlumatları yalanlayıb.
“Bu barədə bizə hər hansı məlumat daxil olmayıb” – deyə Şamdasani bildirib. O həmçinin, bölgədəki qarışıqlığın diyaloq yolu ilə həll edilməsindən məmnun olduğunu əlavə edib.
Həmçinin, DST sözcüsü Tarıq Yasareviç də “Əl Cəzairə” televiziyasının müxbirinin bu barədə suallarına avab verərək, kimyəvi silahların istifadəsi ilə bağlı heç bir məlumatın olmadğını qeyd edib.
Türkiyənin Müdafiə naziri Hülusi Akar mövzu ilə bağlı açıqlama verib:
“Bölgədə qarışıqlıq artdığı andan bu tip məlumatlar gəlir. Son əldə etdiyimiz məlumatlara görə, terrorçular qəsdən kimyəvi silahla istifadə edərək bunu Türkiyə ordusunun etdiyi yönündə məlumatlar paylaşır. Ancaq hər kəs yaxşı anlayır ki, bizim ordu aarsenalımızda kimyəvi silah yoxdur”.
Həşim Səhrablı
www.yenicag.az