Reklam

Reklam

eqHTdbkox4apKürdəmirdə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun 198-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb. Ucar rayonu istiqamətdə hərəkətdə olan, 34 yaşlı Elşad Vaqif oğlu Kərimovun idarə etdiyi BMW markalı avtomaşın ilə əks istiqamətdə hərəkətdə olan, 49 yaşlı Əhəd Həmid oğlu Kərimovun idarə etdiyi “SHACMAN” markalı yük maşını toqquşub. Nəticədə, minik maşınının sürücüsü yaralanıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə yük maşınının dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır(El.Tv).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 79
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."