“Boko Haram” 43 Nigeriya vətəndaşını məhv etdi

media-hightechnic-468x90

imagesYenicag.az xəbər verir ki, onlarla “Boko Haram” militanı Nigeriyanın şimal-şərqindəki Borno vilayətində yerləşən Manatqale, Buraltima və Dirmanti kəndlərinə hücum edib. Terrorçuların kənd sakinlərinə atəş açdığı, sonra isə evlərini qarət edərək atəşə verdiyi bildirilir. Hücumda ən az 43 adamın öldüyü qeyd olunub. “Boko Haram” 2009-cu ildən bəri ölkənin şimal-şərqindəki Borno, Adamava və Yobe vilayətlərində zorakılıq aktları təşkil edir. BMT-nin hesabatına görə, 2014-cü ilin əvvəlindən bu yana Nigeriyada “Boko Haram”ın təşkil etdiyi hücumlarda 7.300-dən çox vətəndaş həyatını itirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa