!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boksçunun qızı atasından danışdı

!Reklam – Yazi

Muhammad Ali and Daughter Laila AliDekabrın 21-də xəstəxanaya yerləşdirilən əfsanəvi boksçu Məhəmməd Əli gələn həftə xəstəxanadan buraxıla bilər.

Bu haqda onun qızı – peşəkar boksçu Leyla Əli bildirib.

“Mənə atamın vəziyyəti haqqında çox sual verirlər. Bircə onu deyə bilərəm ki, onun səhhəti yaxşılığa doğru gedir”, – deyə o jurnalistlərə bildirib. O həmçinin qeyd edib ki, atası yüngül formada sətəlcəm (ağ ciyər iltihabı) keçirib.

Xatırladaq ki, Məhəmməd Əli dekabrın 20-də sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər də 72 yaşlı boksçunun həyatı üçün heç bir təhlükənin olmadığını və onu tezliklə evə buraxacaqlarını bildirmişdilər.

(anspress.com)

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv