Bolnisidə azərbaycanlı qadının müəmmalı ölümü ilə bağlı istintaq başladı

media-hightechnic-468x90
Gürcüstanın Bolnisi Bələdiyyəsinin Saraçlı (Mamxuti) kəndində azərbaycanlı yaşlı bir qadının evində ölü tapılması faktı üzrə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən istintaq başladılıb.
Yenicag.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə aparılır.
Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, aprelin 6-sı axşam saatlarında Bolnisi rayonunun Saraçlı kəndində tək yaşayan 71 yaşlı qadının meyiti onun yaşadığı evdə aşkar olunub. Qadından xəbər ala bilməyən qonşular onun evinə yaxınlaşıblar. Qapının bağlı olduğunu görən şəxslər qapını sındıraraq içəri daxil olublar və qadını ölmüş vəziyyətdə tapıblar. Evin içərisində qan izləri də aşkarlanıb./report
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600