Bolqarıstandan konkret QƏRAR: “Ukraynaya silah göndərilməyəcək”

media-hightechnic-468x90

Bolqarıstan Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynaya silah göndərməyəcək.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Kiril Petkov jurnalistlərlə söhbətində danışıb.

Qeyd olunur ki, bundan əvvəl Ukraynanın Bolqarıstandakı səfiri Vitali Moskalenko bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət göndərərək, Ukraynaya silah göndərilməsini xahiş edib.

Bunu nəzərə alan jurnalistlər baş nazirdən həmin müraciətə necə cavab veriləcəyini soruşublar.

Petkov isə ölkə parlamentinin müvafiq qərarına istinad edərək, bunun mümkün olmadığını bildirib:

“Parlamentdə Ukraynaya silah göndərilməməsinə dair qərar qəbul edilib. Fikrimcə, bu məsələni hər iki həftədən bir qaldırmağa ehtiyac yoxdur”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600