Borca düşən Samiraldo EVİNİ SATDI: “Məcbur oldum, yoxsa məni…”

Tanınmış stilist Samiraldo evini satıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Samiraldo borc səbəbindən mənzilini satıb.

Saytımıza açıqlama verən stilist xəbəri təsdiqləyib.

“Demək olar ki, külli miqdarda borcum var idi. Bu borcların çoxu avtomobilimə gələn cərimələrlə əlaqədar idi. Pandemiya səbəbindən maddi sıxıntılarım oldu və cərimələri ödəyə bilmədim. Elə bir məbləğ yığıldı ki, bankrot oldum. Avtomobilimə də həbs qoyuldu, məcbur oldum evimi satdım, borcularımı bağladım. Yoxsa məni çox sıxma-boğmaya salardılar, elə salırdılar da. Gecələr də rahat yata bilmirdim, faizlər də bir yandan”.

Cəvahir