Tramp Putinlə söhbətinin təfərrüatını açıqladı
“Rusiya və Ukrayna ən yaxın zamanda atəşkəs və münaqişəyə son qoyulmasına dair danışıqlara başlayacaqlar”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra “Truth Social” platformasında yazıb.
“Rusiya Prezidenti Vladimir Putinlə iki saatlıq söhbətim elə indicə başa çatdı. Onun çox yaxşı keçdiyini hesab edirəm. Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası müharibənin bitirilməsi barədə danışıqlara başlayacaqlar”, – deyə o, sosial şəbəkə hesabında vurğulayıb./Oxu.Az/