8 yaşlı uşaq 200 illik gəmi qalıntısı tapdı

media-hightechnic-468x90

Kanadanın Ontario əyalətində 8 yaşlı uşaq təxminən 200 illik gəmi qalıntısı aşkarlayıb.

Yenicag.az xəbər verir ki, Artıq 10 yaşı olan Lukas Atçison 2023-cü ildə ailəsi ilə Qoderiç yaxınlığındakı əyalət parkına səfəri zamanı ad günü hədiyyəsi olan metal detektorla torpaqdan kiçik bir metal mismar tapıb.

Mismarın taxta parçasına bərkidildiyi və yaxınlıqda daha bir neçə mıx olduğu məlum olub.

Daha sonra ərazidə aparılan araşdırma nəticəsində bu parçaların tamamilə batmış bir gəminin hissəsi olduğu ortaya çıxıb.

Arxeoloqlar gəminin iki dirəkli, taxtadan hazırlanmış və yükdaşıma üçün nəzərdə tutulmuş köhnə bir “uskuna” olduğunu bildiriblər. Hazırda gəminin 1856-cı ildə batan “St. Anthony” ola biləcəyi ehtimal edilir.

Mütəxəssislər gəmini müəyyənləşdirmək üçün 19-cu əsrə aid arxiv sənədlərini və sığorta kataloqlarını incələyirlər. Gəminin qalıqları Qoderiçin 6,5 kilometrliyində aşkar edilib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600