Minifutbol millimizin baş məşqçisi: "İlk görüşdə qalib gəlməliyik"

media-hightechnic-468x90

Turnirə yaxşı hazırlaşmışıq.

Yenicag.az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bakıda təşkil olunacaq dünya çempionatından öncə keçirilən mətbuat konfransında deyib. O, evdə oynamağın böyük məsuliyyət tələb etdiyini bildirib: “İlk görüşdə qalib gəlməliyik. Birinci matçdakı qələbə qarşıdakı oyunlarda bizə kömək olacaq”.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan seçməsi Sloveniya, Mavritaniya və Bəhreyn yığmaları ilə üz-üzə gələcək. Turnir mayın 21-dən iyunun 1-dək davam edəcək./AZƏRTAC /

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600