Azərbaycan idmançıları Avropa çempionatında uğurla çıxış etdilər

media-hightechnic-468x90

Çexiyanın Trutnov şəhərində təchizatla benç-press, didlift və strikt-körl idman növləri üzrə Avropa çempionatı keçirilib.

Yenicag.az xəbər verir ki, yarışlarda 40 ölkədən 500-ə qədər idmançı iştirak edib.

Ölkəmizi bu yarışlarda 3 idman növü üzrə 16 idmançı və 1 məşqçi təmsil edib.

Təchizatla benç-press üzrə:

Əli Əliyev – 1-ci yer (böyüklər arasında – 140 kq) və yeni dünya rekordu müəyyənləşdirilib.

Famil Məhərrəmov – 1-ci yer (veteranlar arasında – 140 kq)

Didlift üzrə:

Vüqar Namazov – 1-ci yer (böyüklər arasında-140+ kq)

İlkin Namazov – 2-ci yer. (böyüklər arasında-140 kq),

Məhəmməd Hüseynov -1-ci yer (təchizatla, böyüklər arasında)

Seymur Quliyev – 2-ci yer (böyüklər arasında, 125 kq)

Muhəmməd Nağıyev – 1-ci yer, həmçinin mütləq qaliblər arasında 2-ci yer

Mehdi Hacızadə – 1-ci yer (böyüklər arasında 56 kq, həmçinin mütləq qaliblər arasında 1-ci yer)

Strit körl üzrə:

Cəlil Əliyev – 2-ci yer (böyüklər arasında, 110 kq)

Zaur Abbasov – 1-ci yer (böyüklər arasında 100 kq)

Sultan Sultanov – 1-ci yer (böyüklər arasında, 90 kq)

Məhəmməd Yusifov – 1-ci yer (böyüklər arasında, 82,5 kq)

Sadiq Musayev – 2-ci yer (böyüklər arasında, 82,5 kq)

Turan Qədimli – 1-ci yer (böyüklər arasında 75 kq, həmçinin mütləq qaliblər arasında 3-cü yer)

Vadim Zelenov – 1-ci yer, (böyüklər arasında, həmçinin mütləq qaliblər arasında 2-ci yer).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600