!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bosniyada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında Avropanın problemləri müzakirə ediləcək

!Reklam – Yazi

unnamed (1)Dünyanın tanınmış siyasətçiləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısında Avropanın problemlərini müzakirə edəcək. V Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan və bu il noyabrın 22-23-də Bosniya və Herseqovinada keçiriləcək toplantıda bu ölkənin Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Bolqarıstan Prezidenti Posen Plevneliyev, Makedoniya Prezidenti George İvanov, Monteneqro Prezidenti Filip Vuyanoviç, Albaniya Prezidenti Buyar Nişani iştirak edəcək. Bundan başqa, Xorvatiya, Rumıniya, Sloveniya, Serbiya və Yunanıstanın da hazırkı dövlət başçılarının iştirakı gözlənilir. Ümumilikdə isə toplantıya Andorra, Belçika, Bolqarıstan, Amerika Birləşmiş Ştatları, Latviya, Fransa, Almaniya və digər ölkələr də daxil olmaqla 50-dən artıq hazırkı və sabiq dövlət rəhbəri, nüfuzlu siyasətçilər qatılacaq. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və digər dini konfensiyaların rəhbərləri daxil olmaqla Azərbaycan nümayəndə heyətinin də iştirakı planlaşdırılır.

Toplantıda “Avropada sülh: hamı üçün qəbul olunan güclü birliyə necə nail olmaq mümkündür?” mövzusu çərçivəsində Bosniya və Herseqovinanın müstəqilliyinə həsr olunmuş Dayton sülh razılaşmasından keçən 20 il ərzindəki vəziyyət, Balkanlar üçün Avropa gələcəyinin mövcudluğu, Avropanın yeni xəritəsi, dünyaya necə Avropa lazimdır, Avropada multikulturalizmi bərpa etməyin yolları kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq. Tədbirdə Azərbaycanın multikulturalizm və uzun illərə söykənən dinlərarası tolerantlıq təcrübəsinin və onun Avropa üçün əhəmiyyətinə dair çıxışlar da nəzərdə tutulub.

Tədbirdə həmçinin gələn il keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq məsələləri, forumun gündəliyi, onun yüksək səviyyədə keçirilməsi üçün tədbirlər müəyyənləşdiriləcək, növbəti hazırlıq iclaslarının yeri və vaxtı dəqiqləşdiriləcək.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv