Böyük Britaniya hərbçilərin sayını 4 dəfə azaltdı

media-hightechnic-468x90

article-1057767-02B6101800000578-464_468x430Böyük Britaniya “İslam dövləti” qruplaşması ilə mübarizə üçün İraqa göndərəcəyi hərbçilərin sayını 4 dəfə azaldıb.

Yenicag apa-ya istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın “The Times” qəzetində yer alan məqalədə deyilir.

Bildirilir ki, Birləşmiş Krallıq İraqda hökumət qoşunlarına təlim keçmək məqsədi ilə göndərəcəyi 400 nəfərlik şəxsi heyətin sayında dəyişiklik edib. “Dəqiq rəqəm bildirilməsə də, Müdafiə nazirliyinin rəsmiləri qeyd edirlər ki, heyət 100 nəfər təlimatçıdan ibarət olacaq,” – deyə qəzetdə bildirilir.

Hazırda İraqda 30 britaniyalı hərbi təlimatçının xidmət keçdiyi xəbər verilir. “The Times” qəzeti Londonun bu qərarını qarşıdan gələn seçkilərlə əlaqələndirib. Qəzetin yazdığına görə, Böyük Britaniya hökuməti seçkilər öncəsi britaniyalı hərbçilər arasında itkilərdən qaçmaq üçün bu addımı atıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600