Böyük Britaniya səfirliyi Qızıl Xaçla bağlı bəyanat yaydı

media-hightechnic-468x90

Böyük Britaniyanın Ermənistandakı səfirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin Cənubi Qafqazdakı fəaliyyəti ilə bağlı bəyanat yayıb.

Yenicag.az armenian News-a istinadla xəbər verir ki, bəyanatda deyilir:

“Beynəlxalq Qızıl Xaç Komitəsi bu illər ərzində Cənubi Qafqazda, o cümlədən Laçın dəhlizində son dərəcə mühüm işlər görüb və burada fəaliyyətləri yerli əhaliyə zəruri mal və xidmətlərin, o cümlədən həyat xilasedici dərmanların və səhiyyə xidmətlərinin əldə edilməsində dəstək olub.

Böyük Britaniya Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətini və onun davam edən işini güclü şəkildə dəstəkləyir. Birləşmiş Krallıq bütün tərəfləri humanitar yardımı siyasiləşdirməkdən çəkinməyə çağırır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600