Böyük Britaniya Şimal dənizində kəmərləri qorumaq üçün gəmi göndərdi

media-hightechnic-468x90

Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Somerset” freqatı Norveç Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə birlikdə boru kəmərlərinin keçdiyi Şimal dənizində patrul xidməti aparır.

Yenicag.az xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.

“Kral Hərbi Dəniz Qüvvələrinin freqatı Şimal dənizindədir və boru kəmərlərinin yaxınlığında işləyənlərin mühafizəsini təşkil etmək üçün Norveç Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq edir”, – Böyük Britaniyanın Müdafiə Nazirliyi “Twitter”də bildirib.

Telekanalın məlumatına əsasən, freqatın göndərilməsi “Şimal axını” boru kəmərlərində baş verən son hadisələrlə əlaqədardır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600