Böyük Britaniyadan Rusiyadakı bu şirkət rəhbərlərinə SANKSİYA - Yeni siyahı açıqlandı

media-hightechnic-468x90

Böyük Britaniya “Yandeks” şirkətinin rəhbəri Tiqran Xudaverdiyana, “Rosoboroneksport” şirkətinin rəhbəri Aleksandr Mixeyevə və “Rosseti” şirkətinin baş direktoru Andrey Ryumina sanksiya tətbiq edib.

Yenicag.az “Ria Novosti”yə istinadən xəbər verir ki, jurnalistlər Artyom Şeynin və Armen Qasparyanın da Britaniyaya girişi qadağan edilib.

Onların Birləşmiş Krallıqdakı aktivləri də dondurulub.

Yenilənmiş siyahıya Maqnitoqorsk dəmir-polad zavodunun əsas səhmdarı Viktor Raşnikov, “Evroxim”in baş direktoru Vladimir Raşevski, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin, “Rosneft”in rəhbəri İqor Seçinin keçmiş həyat yoldaşı Marina Seçina, politoloq Dmitri Kulikov, senator Süleyman Kərimov, sahibkar və Alfa-Bankın keçmiş səhmdarı Aleksey Kuzmiçev da daxil olublar.

Sənəddə reaktiv yanacaq tədarükünü həyata keçirən və təyyarələri yanacaqla təmin edən “Rosneft Aero” şirkətinə və Zelenodolsk Gəmiqayırma Zavoduna qarşı da sanksiyaların tətbiq edildiyi qeyd edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600