BÖYÜK OYUN BAŞLAYIR: Orta Asiya resursları dəhliz gözləyir - Türkiyə masaya oturmasa, NƏ OLACAQ?

media-hightechnic-468x90

“Türkiyənin Zəngəzur dəhlizi masasına oturması çox vacibdir.”

Bu sözləri Yeniçağ.az-a açıqlamasında siyasi şərhçi Pərviz Mirizadə bildirib.

media-whatsapp-image-2025-11-26-at-14-12-40

Siyasi şərhçi Zəngəzur dəhlizi layihəsində Türkiyənin iştirakının vacibliyi və mümkünlüyündən danışıb:

“Avqustun 8-də baş tutan üçtərəfli görüşdən sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmalar və konkret mexanizmlər artıq işlənib hazırlanmaqdadır. Rəsmi Bakı öz növbəsində dəhlizin Azərbaycan seqmentində işləri demək olar ki, böyük ölçüdə yekunlaşdırmış vəziyyətdədir. Həm yeni yollar çəkilib, həm də yeni dəmir yolu xətləri yekunlaşmaq üzrədir. Təbii ki, indi hər kəsin əsas fokuslandığı nöqtə məhz Ermənistan ərazisindən keçən “Trampl Yolu” ilə bağlıdır. Ümumiyyətlə, “Trampl Yolu” XXI əsrin ən böyük meqa layihəsi kimi qiymətləndirilir. Məhz bu, Orta Dəhlizin hüquqi komponentlərindən biridir. Söhbət şərq və qərb arasında əlverişli, həm də iqtisadi cəhətdən gəlirli və zaman baxımından da daha əlverişli marşrut formalaşdırmaqdır ki, burada Azərbaycanın coğrafi üstünlükləri əhəmiyyətli dərəcədə artmaqdadır.”

Pərviz Mirizadə qeyd edib ki, bu dəhliz Türkiyə yüklərinin daşınması üçün olduqca vacibdir:

“Burada əsas marşrutlardan biri də qardaş ölkə Türkiyədir. Türkiyənin iştirakı olmadan Zəngəzur dəhlizinin reallaşması bir növ mümkün olmayan məsələdir. Çünki mövcud yolun ilk dayanacağı Türkiyə ərazisindən keçir. Rəsmi Ankara da ilk günlərdən başlayaraq bu dəhlizin reallaşdırılması ilə bağlı prinsipiallıq və qətiyyətlilik nümayiş etdirir ki, onlardan keçən hissə açılsın və istifadə edilsin. Bu dəhliz açıldığı təqdirdə Türkiyədən keçəcək olan hissədə çox ciddi aktivlik müşahidə olunacaq, həm də ölkənin beynəlxalq bazarlara çıxış imkanı daha da artacaq. Bu, həm Ermənistan üçün olduqca əhəmiyyətli layihədir, həm Azərbaycan, həm də Türkiyə üçün. Siyasi ambisiyaları kənara qoysaq, həm Rusiya, həm də İran üçün də əhəmiyyət kəsb edən layihədir, amma onlar bu yolun real əhəmiyyətini başa düşdükləri təqdirdə. Təbii ki, avqustun 8-dən sonra biz proseslərin zəncirvari xətt üzrə inkişaf etdiyini müşahidə edirik. Cənubi Qafqaz – Orta Asiya istiqamətində bir investisiya və regionun resurslarından faydalanmaq niyyəti olduğu məlum olur. Orta Asiya ölkələri liderlərinin Trampla görüşü artıq Qərbin regionun resurslarını məhz bu dəhliz vasitəsilə daşımağın əhəmiyyətini bir daha önə çıxarır. Belə bir situasiyada Türkiyənin regiondakı əsas aparıcı fiqurlardan biri kimi çıxış etməsi, öz ağırlığını ortaya qoyması zəruridir ki, bu da dəhlizin açılması perspektivlərini daha da yaxınlaşdırır.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa