!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük qələbənin “Zəfər mahnısı”: Sabir Rüstəmxanlının möhtəşəm sözü və məşhurların ifası – VİDEO

!Reklam – Yazi

Azərbaycanın məşhur mədəniyyət üzvləri növbəti vətənpərvərlik mahnısı üçün bir araya gəliblər.

Yenicag.az xəbər verir ki, Xalq artistləri Alim Qasımov, Brilliant Dadaşova, Natiq Şirinov, Tünzalə Ağayeva, Samir Cəfərov, müğənnilər Zamiq Hüseynov və Elçin Cəfərov birgə “Zəfər mahnısı” bəstəsini ifa ediblər.

“Söz verdiyimiz kimi Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı qələbəni musiqiyə köçürüb, dəyərli sənətçilərimizlə bir araya gələrək bitirdik”, – deyə E. Cəfərov bildirib.

Qeyd edək ki, mahnının sözləri Xalq şairi Sabir Rüstəmxanlı, musiqisi onun kürəkəni, müğənni Elçin Cəfərov və bəstəkar Tərlan Məmmədhüseynova məxsusdur. Layihəni ekranlaşdıran tanınmış rejissor Fuad Əlişov olub.

www.yenicag.az

914
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv