Britaniya İsraili Fələstini tanımaqla hədələdi

media-hightechnic-468x90

Britaniya hökuməti İsrailin Qəzza zolağında hərbi əməliyyatını dayandırmayacağı təqdirdə, payızda Fələstin dövlətini rəsmən tanımaq niyyətindədir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə TASS Böyük Britaniyanın baş naziri Key Starmerin ofisinə istinadən məlumat yayıb.

Bəyanatda deyilir: “İsrail hökuməti Qəzzadakı dəhşətli vəziyyətə son qoymaq üçün əhəmiyyətli addımlar atmasa, biz sentyabr ayında BMT Baş Assambleyası qarşısında Fələstin Dövlətini tanıyacağıq”.

Bundan əlavə, London Təl-Əvivi Qəzza zolağına humanitar yardımların çatdırılmasına mane olmamağa, həmçinin İordaniyanın Qərb Sahilindəki ərazilərin ilhaqından imtina etməyə çağırıb./Unikal/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05