Britaniya səfiri: Azərbaycan dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır
Britaniya-Azərbaycan strateji tərəfdaşlığının inkişafı üçün yeni addımlar atılır.
Yenicag.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “X”-də bildirib.
“Son 10 ildə ən yüksək rütbəli Azərbaycan müdafiə nümayəndə heyətinin Böyük Britaniyaya səfərinin şahidi olmaq bir şərəfdir. Azərbaycan dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır və bu münasibətlərin inkişaf etdiyini görməkdən qürur duyuruq”, – səfir qeyd edib.












