Britaniya və İspaniya İsrailin xəstəxanaya hücumunu pislədi
Böyük Britaniya və İspaniya xarici işlər nazirləri Qəzzada xəstəxanaya edilən hücumu pisləyiblər.
Yenicag.az xəbər verir ki, Böyük Britaniya xarici işlər naziri Devid Lemi “X” sosial şəbəkəsində paylaşım edib.
O, İsrailin Qəzza xəstəxanasına etdiyi hücumlardan “dəhşətə gəldiyini” bildirib:
“Vətəndaşlar, səhiyyə işçiləri və jurnalistlər qorunmalıdır. Təcili atəşkəsə ehtiyac var”.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albars da Nasir xəstəxanasına edilən hücumları qınayıb.
“Bu gün İsrailin Qəzzadakı bir xəstəxanaya və jurnalistlərə etdiyi hücum, törətdiyi ölüm halları, yaranan aclıq – bunların hamısı beynəlxalq humanitar hüququnun son dərəcə ciddi pozuntularıdır” – Albars qeyd edib.
“Qəzza müharibəsi dərhal sona çatmalıdır. İspaniya bunun üçün hər gün çalışır”, – nazir əlavə edib.