Britaniya XİN əməkdaşlarının məxfi məlumatları oğurlanaraq satışa çıxarıldı

media-hightechnic-468x90

Hakerlər Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) əməkdaşlarının elektron poçt ünvanlarına daxil olaraq onların hökumət hesabı və parol məlumatlarınıələ keçiriblər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Bildirilib ki, haker hücumu nəticəsində Tailand və Mavrikidəki səfirliklər də daxil olmaqla, ölkədən kənarda çalışan XİN əməkdaşlarının etimadnamələri ifşa olunub.

Cinayətkarlar, həmçinin İngiltərənin Derbişir qraflığında və Londonun Uoltem Forest rayonunda Bələdiyyə Şurası işçilərinin hesablarına da giriş əldə ediblər.

Qəzet etimadnamələrin darknetdə 60 min ABŞ dollarına satışa çıxarıldığını bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05