Britaniyalı diplomat müxalifət rəhbərləri ilə görüşdü
Bu gün Böyük Britaniyanın Bakıdakı səfirliyində həmin ölkənin Xarici İşlər Nazirliyi Cənubi Qafqaz Şöbəsinin rəisi Emma Beynslə Azərbaycanın müxalifət rəhbərlərinin görüşü keçirilib. Bu barədə musavat.com-a Müsavat partiyasının mətbuat xidmətindən verilib.
Bildirilir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli və REAL Hərakatının icra katibi Natiq Cəfərlinin iştirak etdiyi görüşdə Azərbaycandakı ictimai-siyasi durum, siyasi məhbuslarla bağlı vəziyyət, Bakı Avropa Oyunları, payızda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Britaniya səfirinin müavini Stefen MakKormik iştirak edib.
musavat.com