Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

BŞİH-ə sərt reaksiya: "Qarabağı işğaldan azad etməkdən imtina edir"

“İcraedici orqan rəsmən öz üzərinə düşən vəzifəni yerinə yetirməkdən – işğal altında olan torpaqları azad etməkdən imtina edir”

Bu sözləri Yenicag.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin “Müharibəni təbliğ edən toplantılar qadağan edilib” fikrinə cavab olaraq keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib.

İlham İsmayıl bildirib ki, müharibə təbliğatı qadağandır, ancaq Qarabağ Komitəsi müharibə təbliğatı aparmır:

“Qarabağ Komitəsi cəmiyyəti və dövləti Qarabağın işğaldan azad edilməsinə çağırır. Qarabağın işğaldan azad edilməsi 25 ildir sülh danışıqları ilə həll edilmədiyinə görə, təklif edirik ki, vətən müharibəsi edək. Vətən müharibəsini isə heç bir qanun qadağa edə bilməz”.

Keçmiş təhlükəsizlik zabiti vurğulayıb ki, icra strukturu bunu qadağan edirsə, öz üzərinə düşən vəzifəni yerinə yetirməkdən nümayişkəranə şəkildə imtina etmiş olur:

“Azərbaycan xalqı bunu bilsin ki, icraedici hakimiyyət Qarabağı işğaldan azad etməkdən imtina edir”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Hüquq və kadr məsələləri şöbəsinin müdiri İlqar Əlizadə mitinqə icazə verilməməsinin bir səbəbi kimi də “Sərbəst toplaşmaq azadlığı haqqında qanunun 8-ci maddəsinin II hissəsini xatırladaraq, “müharibəni təbliğ edən toplantıların qadağan edildiyini” göstərib.

Səxavət Məmməd

www.yenicag.az

4323
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM