Bu adı uşağına verən 10 min dollar qazanacaq

media-hightechnic-468x90

photo_33478Menyusuna qatdığı yeni bir məhsulu tanıtmaq üçün maraqlı bir reklam kampaniyası başladan restoran şəbəkəsi hər kəsdə maraq doğurub.

ABŞ daxilində 159 şöbəsi olan “BJ’S Restaurant & Brewhouse” adlı restoranlar şəbəkəsi marketinq strategiyası üzrə maraqlı bir üsula əl atıb.

Menyusuna ‘quinoa’ ​​adlı bir yeməyi əlavə edən restoran bu adı uşağına verən ilk ailəyə 10 min dollar dəyərində hədiyyə çeki verəcəyini bildirib.

Qazanan adamın təyin olunması üçün rəsmi sənədləri tələb edən şirkət, doğum şəhadətnaməsini əldə etdikdən sonra mükafatı ‘quinoa’ ​​adını alan uşağın ailəsinə təslim edəcək.

Sosial mediada da bənzər bir kampaniya başladan şirkət, platformadakı adlarını ‘quinoa’ ​​olaraq dəyişdirən istifadəçilərə isə 10 dollar (27 AZN) hədiyyə çeki verəcəyini açıqlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600