Bakı-Gəncə və Bakı-Qəbələ aviareysləri ləğv edilir
Bakı-Gəncə-Bakı və Bakı-Qəbələ-Bakı aviareysləri ləğv olunur.
Yenicag.az xəbər verir ki, faktı Trend-ə AZAL-ın mətbuat xidmətindən təsdiqləyiblər.
Mətbuat xidmətindən reyslərin ləğv olunmasına səbəb kimi onların rentabelli olmadığı bildirilib: “Sərnişinlər bu reyslərdən kifayət qədər istifadə etmədiyi üçün həmin reyslər ləğv olunacaq. Artıq bu səbəbdən Bakı-Qəbələ-Bakı istiqamətində uçuşlar həyata keçirilmir”.
Qeyd olunub ki, Bakı-Gəncə-Bakı istiqamətində uçuşlar isə noyabrın 21-də ləğv ediləcək.
www.yenicag.az