!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu avtomobillər gömrük rüsumu və ƏDV-dən azaddır – “Son dövrlərdə onlara maraq artır”

!Reklam – Yazi

“Gələcəyə baxsaq, Azərbaycanda, hətta dünyada belə elektrik avtomobillərin birdən-birə ənənəvi avtomobilləri üstələməsi zaman məsələsidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son dövrlər Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması və gələcəkdə bu tip nəqliyyat vasitələrinin ənənəvi avtomobillərə təsiri haqda danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev deyib.

Onun sözlərinə görə, ölkəmizdə, xüsusən, son iki ildə elektrik və hibrid avtomobillərə marağın artmasının ən vacib səbəblərindən biri də dövlətin bu sahəyə tətbiq etdiyi xüsusi güzəştlərdir:

“Bu tip avtomobillər bu gün gömrük rüsumu və ƏDV-dən azaddır. Yəni, rüsum ödəmədən ölkəyə bu tip avtomobiləri gətirmək mümkündür. Hibridlərin ƏDV-dən azad edilməsi bu avtomobillərə marağı kəskin şəkildə artırıb. Bu nəqliyyat vasitələrinə əvvəllər əsasən yenilikərə, innovasiyalara, yaxud ikinci avtomobil kimi alan insanlar daha çox meyl edirdisə, bu gün artıq ölkəmizdə rəsmi distribütorlar tərəfindən qiymət və seqmentdə elektrik avtomobillər gətirilir. Biz bu gün 20 min manatdan tutmuş 200-250 min manata qədər elektrik avtomobillər görürük. Hər kəs öz büdcəsinə uyğun ala bilir”.

E.Əliyev qeyd edib ki, son dövrlərdə bu avtomobillərə marağın artması daha bir səbəbi COP29 tədbirinə görə ölkəmizdə noyabr ayına qədər ümumilikdə 347 ədəd şarj məntəqəsinin quraşdırılmasına start verilməsidir:

“Bunun özü də bu avtomobillərə marağı artırır. Düzdür, ənənəvi ilə müqayisədə bu avtomobillər birdən-birə önə çıxa bilməsə də, amma gələcəklə ayaqlaşmaq istəyiriksə bu avtomobilləri artıq biz də qəbul etməli, hazırlıqlı olmalıyıq. Bu gün rəsmi dillerlərin servis mərkəzləri bununla bağlı hazırdırlar. İstər ehtiyat hissələri anbarının formalaşması, istərsə də ustaların bilik və bacarıqlarının artırılması istiqamətində istehsalçı zavodlarda ustalar təlimlərə göndərilir. Gələcəyə baxsaq, Azərbaycanda, hətta dünyada belə elektrik avtomobillərin birdən-birə ənənəvi avtomobilləri üstələməsi zaman məsələsidir. Amma yaxın 7-8 ildə bunu biz görə bilmərik. Ölkəmizdə avtomobil parkımızın 85 faizi köhnə-yaşı 10 ildən yuxarı avtomobillər olduğunu nəzərə alsaq, parkımızı yeniləmək üçün nəinki elekrtik və hibrid daxili yanma mühərriki ilə ənənəvi avtomobillərlə də parkımızı yeniləyə bilərik”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv