Bu, Azərbaycanın enerji potensialını uğurla istifadə etdiyini göstərir - AÇIQLAMA

media-hightechnic-468x90

“Belə çıxışlar Azərbaycanın enerji potensialını sadəcə iqtisadi vasitə kimi deyil, həm də strateji və geosiyasi alət kimi uğurla istifadə etdiyini göstərir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli Macarıstanın baş naziri Viktor Orbanın “Azərbaycan Avropa İttifaqının qızıl ehtiyatıdır” bəyanatını şərh edərkən deyib.

Politoloq bildirib ki, səsləndirilən bu fikir təsadüfi və sıradan bir ifadə deyil:

“Bu bəyanat bir neçə vacib geosiyasi və iqtisadi reallığın ifadəsidir. İlk növbədə belə fikirlər Azərbaycanın beynəlxalq səviyyədə artan əhəmiyyətinin və geosiyasi rolunun tanınması deməkdir. Orbanın bəyanatı Azərbaycanın milli maraqları baxımından da mühüm diplomatik nailiyyətdir. Belə çıxışlar Azərbaycanın enerji potensialını sadəcə iqtisadi vasitə kimi deyil, həm də strateji və geosiyasi alət kimi uğurla istifadə etdiyini göstərir. Bu cür qiymətləndirmələr Azərbaycanın gələcəkdə də regional və qlobal miqyasda təsir gücünü artırmaq imkanlarını genişləndirir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa