Bu bitkilərlə arıqlamaq mümkündür

media-hightechnic-468x90

49e7898c312662b3cfe4a215eed6219cİncə bədənə sahib olmağa kömək edən pəhriz, sağlam və enerjili görünməzini vəd edən fitness proqramlarına bitki mənşəli üsullar da əlavə etməklə istədiyiniz nəticəyə çatmanız daha asan olacaq.

İnsanların çoxu artıq çəkilərdən xilas olmağa çalışır, amma idmana yetərincə vaxt ayıra bilmir. Buna görə pəhriz boyunca arıqlamanızı dəstəkləyən bitki çaylarından da yararlanın.

Lent.az maddələr mübadiləsini sürətləndirərək, arıqlamanıza kömək edəcək bitki mənşəli çayları təqdim edir.

Köpdən xilas edən çay. 1 yemək qaşığı razyana, 1 yemək qaşığı kəklikotu, 1 çay qaşığı kimyon. İsti suyla dəmləyib yeməklərdən sonra bir stəkan için.

Qreyfrutlu arıqlama çayı. 1 çay qaşığı darçın, 1 qreyfrut, 2 xörək qaşığı cəfəri toxumu, 2 xörək qaşığı razyana, 1 çay qaşığı balı 1 litr qaynamış suya töküb 10 dəqiqə dəmlədikdən sonra için.

Yağ yandıran enerji çayı. 1 yemək qaşığı qırmızı çay, 1 yemək qaşığı mate çayı, 1 çay qaşığı yasəmən çayı, 1 çubuq darçın, 4 top istiot, 1 litr su, portağal dilimləri, nanə yarpaqları. Üzərinə yavaş-yavaş isti su tökərək 5 dəqiqə ağzı bağlı saxlayın. Sonra süzərək gün boyunca için.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600