!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu, cəzanın çəkilib qurtardığı gündən hesablanacaq - KMP qərar verdi

!Reklam – Yazi

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Konstitusiyasının 28 və 71-ci maddələrinin II hissəsi baxımından Azərbaycan Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsi, maraqlı subyektlər, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Milli Məclisi Aparatının mülahizələri, Azərbaycan Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Azərbaycan Baş Prokurorluğunun mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilib ki, Azərbaycan Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin mənasına görə, məhkum edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti cəzanın çəkilməmiş hissəsini əvəz edən cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır.

Azərbaycan Cəzaların İcrası Məcəlləsinin 167.0.4-cü maddəsində cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi cəzanın çəkilməmiş hissəsindən azad etmənin cəzaların icrası qaydasında tənzimlənməsini nəzərdə tutur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv