Bu dövlət qurumuna BYD maşınları verildi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində Avtomobil Yollarının Mühafizə Xidmətinə yeni xidməti avtomobillər verilib.
Yenicag.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, quruma BYD markalı avtomobilləri təqdim olunub.
Qeyd edək ki, Avtomobil Yollarının Mühafizə Xidməti Agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpülərin, tunellərin və digər yol qurğularının qorunmasını təşkil edən publik hüquqi şəxs kimi müəyyən olunub. Xidmətin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.