1 dolların üzərində Trampın təsviri olacaq
Amerika müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir vaxtda yeni 1 dollarlıq qızıl sikkənin zərb edilməsinə başlanacaq.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent bildirib.
O qeyd edib ki, “Sikkədə Prezident Tramp təsvir olunub və Amerika dəyərlərinin gücünü və hamı üçün azadlığı qorumağa sadiq bir millətin vədini təcəssüm etdirir”.













