Beyninə qan sızan müəllim dünyasını dəyişdi
Gəncə Dövlət Universitetinin (GDU) baş müəllimi Kəmalə İsayeva vəfat edib.
Yenicag.az xəbər verir ki, o, 44 yaşında beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
K.İsayeva bakalavr və magistr təhsilini GDU-da alıb. 2004-cü ildən universitetdə müəllim işləyib. 2009-cu ildən isə GDU-nun baş müəllimi olaraq fəaliyyət göstərib.













