Zelenski onu hökumət başçısı kimi görmək istəyir
Ukrayna Prezidenti Volodimir Zelenski “Naftogaz” şirkətinin baş direktoru Sergey Koretskini baş nazir vəzifəsinə ən yaxşı hazırlıqlı namizəd adlandırıb.
Yenicag.az xəbər verir ki, Zelenski bu barədə yerli kanallardan birinə açıqlamasında deyib.
“Bütün məsləhətləşmələrdən sonra Sergey Koretski, şübhəsiz ki, Ukraynanın baş naziri vəzifəsinə ən yaxşı hazırlıqlı şəxsdir”, – deyə Zelenski bildirib.













